Book Great Expectations by Charles DickensMarisa Sestino
Book Great Expectations by Charles DickensMarisa Sestino Published 1998 by Oxford University Press (first published August 1861) with ISBN 9.78019E+12
Description in English :
Bütün ingilis dünyası Dikkensi sevir; 19-cu əsrdə dünyanın heç bir yerində yazıçı ilə onun xalqı arasında bu dərəcədə dərin qəlbi bağlılıq olmayıb. Bu məşhurluq bir fişəng kimi qəfil partlamış, ancaq heç vaxt sönməmişdir. Dikkens günəş kimi daim dünyaya öz şəfəqlərini saçacaq. Ştefan Svayq
Dikkens uşaq yaşlarında səfil həyat tərzi sürüb. Bu iztirablı tale onun bütün “Bütün ingilis dünyası Dikkensi sevir; 19-cu əsrdə dünyanın heç bir yerində yazıçı ilə onun xalqı arasında bu dərəcədə dərin qəlbi bağlılıq olmayıb. Bu məşhurluq bir fişəng kimi qəfil partlamış, ancaq heç vaxt sönməmişdir. Dikkens günəş kimi daim dünyaya öz şəfəqlərini saçacaq”. Ştefan Svayq
Dikkens uşaq yaşlarında səfil həyat tərzi sürüb. Bu iztirablı tale onun bütün yaradıcılığında əks olunub. Onun qəhrəmanlarının əksəriyyəti kasıb, köməksiz, yetim uşaqlardır. Ancaq o bu sadə uşaqların içindəki burjuaziya tərəfindən aşağılanan təmiz hisslərini ədəbiyyata çevirməyi bacararaq üstündəki tozu təmizləyib cilaladı və ortaya ulduz kimi parlaq, əsrarəngiz əsərlər çıxardı.
Böyük yazıçının səmadakı ulduzlarından biri də onun “Böyük ümidlər” romanıdır. Mükəmməl süjet xətti, yaddaşlardan silinməyən qəhrəmanları ilə bütün dövrlərdə oxunan bu roman dünya klassikasının bənzərsiz nümunələrindən hesab olunur.
Əsər 7 yaşlı Pipin ağrı-acılı taleyindən bəhs edir. Dikkens bizə Viktoriya dövrünün bütün o nostalji və qrotesk ab-havasını, əxlaq kanonlarını, insan psixologiyasının dərin qatlarını öz yaradıcı təxəyyülündə yoğurub Pipin “böyük ümidlər”i fonunda təqdim edir.
Oxucu elə ilk fəsillərdən həyəcanlı bir macəranın içinə daxil olur, ehtiraslı bir maraqla hadisələrin necə bitəcəyini bil-mək istəyir.
Bir sözlə, Ç. Dikkens “Böyük ümidlər” əsəri ilə həm oxucuların, həm də yazıçıların qəlbini fəth etməyi bacarıb....more ( # )
Komentar
Posting Komentar